Sizin link burada

Sevda iddialara cavab verdi: "Ailə dağıtmamışam, subay oğlanla..."

“Mən subay bir insanla ailə qurmuşam, heç kimin ailəsini dağıtmamışam”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri “APA TV”-nin “Show time” verilişinə qonaq olan müğənni Sevda Sanalıyeva deyib. O barəsində deyilən “Ailə dağıdıb” iddialarına münasibət bildirib: “Qarşı tərəfə cavab verməmişəm, verməyəcəm də. İnsanlıq halıdır, hər kəsin başına gələ bilər. Mənim də ilk ailəm dağılıb. Heç kəs boşanmaq üçün ailə qurmur. Ailə quranda xəyalların, arzun böyük olur. Amma mən ailə dağıtmamışam. Dağıda da bilmərəm. Çünki mən də atasız böyümüşəm. Heç bir övladı atasız görmək istəmirəm. Nə hansısa övladları gözü yaşlı qoyaram, nə də kiminsə evini yıxa bilmərəm. İlk ailəmdən ayrılmışamsa, gedib onun boğazından yapışmalıyam ki, niyə məndən ayrılmısan? Evlilik 2 insanın qarşılıqlı verdiyi qərardı. Mən bu işin axırına çıxmışdım. Hansı ki, bu iş tamamlanmışdı. Yəni onu demək istəyirəm ki, subay bir insanla ailə qurmuşam. Ailəli bir insanın ailəsini dağıdıb, onunla ailə qurmamışam. Amma qarşı tərəf nə etmək istəyirsə, edə bilər. Eləyirılər də. Eləsinlər. Mən öz ailəmlə, uşaqlarımla xoşbəxtəm. Allah hamını xoşbəxt eləsin. Heç kəsə də mənim o vaxt çəkdiklərimi yaşatmasın. Çünki mən doğurdan da ailə dağıdan insan deyiləm”.

 

 

Qeyd edək ki, S.Sanalıyeva 2 dəfə evli olub. Onun 2-ci dəfə ailə qurduğu şəxs də ailəli olub, boşanıb. Lakin S.Sanalıyevanın ailə qurduğu şəxsin keçmiş xanımı mətbuata açıqlama verərək iddia etmişdi ki, Sevda onun ailəsini dağıdıb.  

 

 

 

 

 

 

 

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>