Sizin link burada

İran XİN rəhbəri Moskvaya gedir

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Moskvaya səfər edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində M.C.Zərifin rusiyalı həmkarı Sergey Lavrovla nüvə sazişi də daxil olmaqla, müxtəlif məsələlər ətrafında siyasi  məsləhətləşmələr keçirəcəyi gözlənilir.

 

Yanvarın 11-də isə M.C.Zərifin Aİ diplomatiyasının rəhbəri Federika Mogerininin dəvəti ilə  Brüsselə səfəri nəzərdə tutulub. Səfər zamanı M.C.Zərifin almaniyalı, fransalı və britaniyalı həmkarları ilə nüvə sazişi ətrafında son vəziyyəti müzakirə edəcəyi gözlənilir.   

LENT

23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>