Sizin link burada

O ölkədə qadınlar ilk dəfə stadionda futbol izləyəcək

Səudiyyə Ərəbistanında qadınların tamaşaçı kimi futbol stadionlarına girişinə izn verən fərman qüvvəyə minir.
 
AZƏRTAC xəbər verir ki, növbəti istirahət günləri bu ölkədə zərif cinsin nümayəndələri futbol matçını stadionda izləyə biləcəklər. Onlar üçün stadionlarda xüsusi sektorlar ayrılacaq.
 
Qadınların futbol matçına buraxılması elektron sistem vasitəsilə həyata keçiriləcək və bunun üçün xüsusi bilet proqramı da hazırlanıb.
 
Bundan əvvəl Səudiyyə Ərəbistanında qadınların avtomobil sürməsini qadağan edən qaydalar da ləğv edilmişdi. Bu ölkədə qadın avtomobil həvəskarları 2018-ci ilin iyunundan etibarən sükan arxasında əyləşə biləcəklər.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

LENT

21 Yanvar 2018
20 Yanvar 2018
19 Yanvar 2018

Digər xəbərlər >>>