Sizin link burada

Qadını internetdə rüsvay edəcəyi ilə şantaj edən şəxsə AĞIR CƏZA

Bakıda qadın həkimi şantaj edərək pul tələb etməkdə təqsirli bilinən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə Elnur İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalından həbs olunub.

 

Qeyd edək ki, Elnur İbrahimov paytaxtda fəaliyyət göstərən klinikaların birinin həkimini şantaj edib. O, nevropatoloqla sosial şəbəkədə tanış olub. Onu internetdə rüsvay edəcəyi ilə qorxudub.

 

Təqsirləndirilən şəxs qadın həkimdən şantaj yolu ilə 8 min manatdan çox pul alıb.

Daha sonra qadın onun barəsində polisə şikayət edib. Polis əməkdaşları Elnur İbrahimovu saxlayıb. Onun barəsində istintaq və məhkəmə dövründə həbs qətimkan tədbiri seçilməyib.

 

Elnur İbrahimov isə ittihamları qəbul etmir. O, pulu həkimdən yardım məqsədilə aldığını deyir.

LENT

21 Aprel 2018
20 Aprel 2018

Digər xəbərlər >>>