Sizin link burada

İki Koreya arasında görüş başladı

Pxanmuncom sərhəd məntəqəsində Şimali və Cənubi Koreya nümayəndə heyətlərinin görüş başlayıb.

 

APA-nın məlumatına görə, bu barədə “Rönhap” agentliyi xəbər verib.

 

İki ölkə rəsmiləri arasında görüş yerli vaxtla saat 10:00-da başlayıb. Cənubi Koreya nümayəndə heyətinə Milli Birləşmə nazirliyinin rəhbəri Ço Mön Gün, Şimali Koreyanın nümayəndə heyətinə isə Sülh Birləşməsi Komitəsinin sədri Li Son Qvon rəhbərlik edir. Görüş qapalı keçirilir.

 

Tərəflər ilk növbədə Şimali Koreya idmançılarının bu ilin fevralında Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakını müzakirə edəcəklər.  Qeyd edək ki, bu, 2012-ci ildən bəri tərəflər arasında keçirilən ilk görüşdür.

LENT

23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>