Sizin link burada

Tunisdə toqquşmalar - 1 ölü, 5 yaralı

Tunisin Teburba şəhərində etirazçılarla polis arasında baş verən toqquşmalar nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə  görə, toqquşmalar işsizlik, qiymətlərin və vergilərin qaldırılmasına qarşı keçirilən aksiyada qeydə alınıb.

 

Məlumata görə, bəzi etirazçıların hökumət binasına od vurmaq çağırışı vəziyyəti nəzarətdən çıxarıb.

 

Etiraz aksiyaları Tunisin bir sıra digər şəhərlərində də keçirilib. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 

 

Tunisdə 2011-ci ildə başlayan maliyyə böhranı davam edir. 2015-ci ildə törədilən terror hücumlarından sonra ölkəyə turist axını kəskin şəkildə azalıb.

LENT

21 Yanvar 2018
20 Yanvar 2018
19 Yanvar 2018

Digər xəbərlər >>>