Sizin link burada

Tramp dindirilməyə çağırılacaq

ABŞ-da Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Donald Trampın komandasının Rusiya ilə gizli əlaqələrinə dair təhqiqat aparan xüsusi prokuror Robert Müller dövlət başçısını dindirilməyə çağırmağa hazırlaşır.

 

APA-nın məlumatına görə, bu barədə NBC xəbər verib.

 

Hazırda ABŞ prezidenti ilə xüsusi prokuror arasında keçiriləcək görüşün məkanı müəyyənləşdirilir.

 

ABŞ prezidentinin administrasiyasında məlumatı şərh etməsələr də,  məsələ ilə bağlı xüsusi prokurorla əməkdaşlıq etdiklərini qeyd ediblər.

 

Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun (FBI) sabiq direktoru Robert Müller ötən ilin mayında “Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. Eyni zamanda, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. 

LENT

23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>