Sizin link burada

“Qarabağ”ın oyunu ilin ən uğurlu matçı seçildi

“Roma”nın ötən ildəki ən uğurlu və uğursuz oyunları açıqlanıb. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, “canavarlar”ın Çempionlar Liqasında (ÇL) “Qarabağ”la keçirdikləri görüş də fərqləndirilib.
 
 
 
ÇL-in qrup mərhələsinin son turu çərçivəsində dekabrın 5-də “Olimpiko” stadionunda oynanılmış “Roma” – “Qarabağ” qarşılaşması (1:0) paytaxt klubunun 2017-ci ildəki ən uğurlu matçı hesab edilib. Məhz bu qələbə sayəsində Eusebio di Françeskonun yetirmələri qrupda birinci yeri tutaraq, adlarını 1/8 final mərhələsinə yazdırmışdılar. Romadakı oyunun ilk hissəsi qolsuz bərabərliklə başa çatsa da, 53-cü dəqiqədə Dieqo Perottinin qolu İtaliya təmsilçisinə qələbə qazanmışdı.
 
 
 
“Roma”nın ötən ildəki ən uğursuz görüşü isə ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində dekabrın 20-də “Torino” ilə keçirilmiş matç hesab olunub. Bu qarşılaşma da “Olimpiko”da keçirilib və doğma meydanda gözlənilmədən məğlubiyyətlə (1:2) üzləşən “canavarlar” kubokla erkən vidalaşıblar.
 
 
 
Qeyd edək ki, “Roma” ÇL-in 1/8 finalında “Şaxtyor”la (Donetsk) üz-üzə gələcək.

LENT

21 İyun 2018

Digər xəbərlər >>>