Sizin link burada

Millimizə namizəd futbolçu klubundan ayrıldı

Azərbaycanlı futbolçu Ayaz Quliyev “Anji”dən ayrılıb. Apasport.az saytının məlumatına görə, bu barədə klub rəsmi açıqlama verib.

 

Bildirilib ki, transfer hüququ “Spartak”a məxsus olan Quliyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında son verilib. 21 yaşlı futbolçu son iki mövsümü Dağıstan klubunun heyətində keçirib. O, 2016/17 və 2017/18 mövsümündə ümumilikdə 22 matçda meydana çıxıb və 1 qola imza atıb.

 

Qeyd edək ki, Ayaz Quliyev milli komandamıza namizəd futbolçulardan biridir. Yığmamızın baş məşqçisi Qurban Qurbanov onun yaxşı çıxış edəcəyi halda, milliyə çağrıla biləcəyini demişdi.

LENT

23 İyul 2018

Digər xəbərlər >>>