Sizin link burada

Bütün zamanların ən uğurlu 10 qış transferi - FOTOSESSİYA

Artıq Avropada “transfer pəncərəsi” rəsmən açılıb. Məlumdur ki, yay transfer dövründən fərqli olaraq dövrələrarası fasilədə adətən o qədər də yüksək səviyyəli, səs-küylü keçidlər müşahidə olunmur.

 

Amma məhz fasilə zamanı komandasını dəyişən elə oyunçular var ki, uğurlu olması baxımından heç də digərlərindən geri qalmayıb.

 

Apasport.az saytı Avropanın ən uğurlu 10 qış transferini təqdim edir.

 

10. Yaap Stam (“Villem II” – PSV, 1996)

 

Related image

 

“Villem II”də cəmi 6 ay keçirmək Stama bəs etdi ki, özünü yaxşı tərəfdən göstərib PSV-yə transfer olsun. Eyndhovendə isə iki ildə həm Erediviziya çempionluğu, həm də ölkə kubokunu qazanan nəhəng müdafiəçi 1998-ci ildə o dövrdə bir müdafiəçi üçün ən yüksək məbləğə - 18 milyon avroya “Mançester Yunayted”ə keçdi.

 

9. Deyan Stankoviç (“Latsio” – “İnter”, 2004)

 

Related image

 

Maliyyə problemləri “Latsio”nu o qədər sıxmışdı ki, “İnter”in 4 milyon avro nağd və bonuslar təklifinə razılaşmaqdan başqa çarəsi qalmamışdı. Stankoviçə isə özünü azarkeşlərə sevdirmək üçün çox zaman lazım olmadı. Keçidindən az sonra əzəli rəqib “Milan”a küncdən vurduğu qolla fanatkarın sevimlisinə çevrilən serbiyalı “neradzurra” ilə 5 skudetto və 2010-cu ildə Çempionlar Liqasını qazandı.

 

8. Nemanya Vidiç (“Spartak” – “Mançester Yunayted”, 2006)

 

Related image

 

Ser Aleks Ferqyusonun israrı ilə “Liverpul” və “Fiorentina”nı mübarizədə üstələyən “Mançester Yunayted” serbiyalını qışda heyətinə qatdı. Rio Ferdinandla birlikdə müdafiənin mərkəzində əla tandem yaradan Vidiç burada düz 8 il keçirdi.

 

7. Klaas-Yan Huntelaar (“Hereenven” – “Ayaks”, 2006)

 

Image result for Huntelaar Ajax

 

Bu 9 milyon avroluq keçid “Ayaks”a iki kubok qazandırdı. Huntelaar Amsterdam klubunda meydana çıxdığı 136 oyunda 105 qol vuraraq adını klubun tarixinə yazdırdı. Üstəlik onu “Real”a satan “Ayaks” 27 milyon avro xeyir də qazandı.

 

6. Marselo (“Fluminese” – “Real”, 2007)

 

Image result for Marcelo Real

 

18 yaşlı Marselo “Real”a transfer olarkən klubun o vaxtkı prezidenti Ramon Kalderon onu “Avropanın yarısının istədiyi inci” adlandırmışdı. On ildən çox bir müddətdə Marselo Madriddə 4 La Liqa və 3 Çempionlar Liqası kuboku qazandı.

 

5. Andrea Barzali (“Volfsburq” – “Yuventus”, 2011)

 

Image result for Barzagli Juve

 

Barzali “Yuventus”un 300 min avroya əldə etdiyi ən uğurlu oyunçu oldu. 30 yaşı olmasına baxmayaraq hələ də sirli qutu olaraq qalan müdafiəçi 2008/09 mövsümündə “Volfsburq”a Bundesliqa çempionluğunu qazanmaqda yardımçı olmuşdu. Leonardo Bonuççi, Corco Kyellini və Buffonla birlikdə “Yuventus” müdafiəsində “beton divar” hörən futbolçu Turində 6 titul qazandı.

 

4. Luiz Suarez (“Ayaks” – “Liverpul”, 2011)

 

Related image

 

“Liverpul” Fernando Torresi 57.5 milyon avroya “Çelsi”yə satdıqdan sonra onun yerinə Endi Kerrol (40.25 milyon avro) və Suarezi (26.5 milyon) aldı. Kerrol qırmızı formada meydana çıxdığı 58 matçda cəmi 11 qol vurdusa, uruqvaylıda bu göstərici 113 qarşılaşmada 82 qola bərabər oldu. Bu isə onun 82.3 milyon avroya “Barselona”ya satılmasına səbəb oldu.

 

3. İvan Rakitiç (“Şalke” – “Sevilya”, 2011)

 

Related image

 

İsveçrə doğumlu xorvatiyalı Əndəlüs klubunda Maradonadan sonra ilk xarici kapitan oldu və “Sevilya”ya Avropa Liqası çempionluqlarında çox kömək etdi. Bunun da nəticəsində “Barselona”ya transfer oldu.

 

2. Xuanfran (“Osasuna” – “Atletiko”, 2011)

 

Related image

 

Cinahların universal adamı Xuanfran “Atletiko”da 7 ilə yaxın uğurlu vaxt keçirdi. Hər halda “Real”ın transfer siyahısına düşmək elə də asan iş deyil.

 

1. Nemanya Matiç (“Çelsi” – “Benfika”, 2011)

 

Related image

 

Düzgün manevr. David Luizin “Stemford Bric”ə keçidinin bir parçası kimi əks istiqamətdə hərəkət edən ser oyunçu “Benfika”da hücumameyilli yarımmüdafiəçidən müdafiə yönümlü oyunçuya çevrildi. “Mavilər” tərəfindən əvvəl bəyənilməsə də, 2013-cü ilin Avroliqa finalında yenidən “Çelsi”nin diqqətini çəkməyi bacardı. Bu dəfə isə 25 milyon avroya Londona köçdü.

Mənbə: uefa.com

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>