Sizin link burada

“Liverpul” Koutinyonun yerinə onu aldı

Filipe Koutinyonu 160 milyon avroya “Barselona”ya satan “Liverpul”, onun yerini doldurub. “Qafqazinfo” beIN Sports-a istinadən xəbər verir ki, “Lester Siti”nin ulduzu Riyad Mahrezlə razılıq əldə edilib.

 

26 yaşlı əlcəzairli futbolçunun keçidi üçün 55 milyon avro ödəniləcək. Mahrezin sabah tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləni imzalayacağı bildirilib.

 

Qeyd edək ki, 2014-cü ildən “Lester Siti” forması geyinən yarımmüdafiəçi, 162 oyunda 43 qola imza atıb.

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>