Sizin link burada

Paytaxt klubuna ağır cəza: Boş tribunalar önündə oyun

Avropa Liqasının 1/16 final mərhələsinin “Srvena Zvezda” – MOİK oyunu boş tribunlar önündə keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu barədə UEFA-nın Nizam-İntizam Komitəsi qərar verib.

 

Qarşılaşmaya komandalardan heç birinin azarkeşləri buraxılmayacaq. Buna serbiyalı azarkeşlərin qrup mərhələsinin BATE ilə səfər matçına yollanması səbəb olub.

 

Baxmayaraq ki, “Srvena Zvezda” fanatları Belarusdakı görüşdə özlərini sakit aparıblar. Amma azsaylı qonaqlar rasist şüarlara görə klublarını belə ağır duruma salıblar. Belqrad təmsilçisi BATE ilə oyuna görə 50 min avro cərimə də ödəməlidi.

 

Qeyd edək ki, Serbiyanın paytaxt təmsilçisi MOİK-lə boş tribunalar önündəki ev oyununu fevralda keçirəcək.

LENT

18 Yanvar 2018
17 Yanvar 2018

Digər xəbərlər >>>