Abel Məhərrəmova ağır itki - Qardaşı iş başında vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik, keçmiş deputat Abel Məhərrəmova ağır itki üz verib.  Lent.az modern.az-a istinadən xəbər verir ki, A. Məhərrəmovun qardaşı Məhərrəm Məhərrəmov bu gün vəfat edib. O, bir ay öncə ürəyindən əməliyyat olunubmuş. 

Xəbəri BDU-dan təsdiqləyiblər. 

Mərhum bu gün Mehdiabad qəbiristanlığında dəfn olunacaq. Mərhumun atası da eyni qəbiristanlıqda dəfn olunub.
 
Qeyd edək ki, M.Məhərrəmov 1956-cı ildə anadan olub. O, Prezident Adminstrasiyasında məsul vəzifədə idi. M. Məhərrəmov  2008-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb. Eyni zamanda 2016-cı ildə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
 
Allah rəhmət eləsin!

“İnterpress.az” xəbər verir ki, Məhərrəm Məhərrəmov ürək tutmasından iş başında vəfat edib.

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>