Sizin link burada

Azərbaycan və İspaniya ilk, Fransa ikinci “onluq”da

Futzal üzrə milli komandaların 2018-ci il üçün ilk reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə dünyanın 162 yığması yer alıb.

 

Onlardan 46-sı zəruri oyun sayını keçirmədiyi üçün şərti sıralamaya daxil edilib. 2017-ci ilin son siyahısı ilə müqayisədə cüzi dəyişikliklər olsa da, bunlar ilk “10-luq”dan yan keçib.

 

Dünyanın 10-cu komandası olan Azərbaycan yığmasının həm xalı, həm mövqeyi dəyişməyib. Joze Alesionun yetirmələrinin hesabında 1452 xal var.

 

Siyahıya isə Braziliya başçılıq edir – 1931 xal. Onları AVRO-2018-in final mərhələsində Azərbaycan yığmasının rəqibi olan İspaniya izləyir – 1878 xal. 1740 xala malik Rusiya ilk “üçlüy”ü qapayır.

 

Sloveniyadakı turnirdə İspaniya və Azərbaycanla birgə D qrupunda çıxış edəcək Fransa 1256 xalla 20-ci pillədədi.

 

İlk “onluq”

1. Braziliya - 1931

2. İspaniya – 1878

3. Rusiya - 1740

4. Argentina - 1683

5. İran - 1625

6. İtaliya - 1607

7. Portuqaliya - 1600

8. Ukrayna - 1500

9. Qazaxıstan - 1488

10. Azərbaycan – 1452

LENT

21 İyun 2018

Digər xəbərlər >>>