Sizin link burada

İki məşhur qonşu oldu

Türkiyənin tanınmış aktyoru Kıvanç Tatlıtuğ daha bir tanınmış şəxslə - müğənni Kənan Doğulu ilə qonşu olacaq. Lent.az-ın gecce.com.tr-yə istinadən verdiyi məlumata görə, Tatlıtuğ həyat yoldaşı Başak Dizerlə birlikdə qaldığı evdən köçmək qərarına gəliblər. Cütlük buna səbəb kimi pərəstişkarlarının onların qaldığı binanın yanına yığışıb şəkil çəkdirməyə çalışmaları olub. 

Məhz buna görə də cütlük Çengelköy deyilən əraziyə köçəcək. Bu ərazidə türkiyəli müğənni Kənan Doğulu da yaşayır. Burada 6 otaq, 6 vanna otağı, iki salon və bağçası ilə hovuzu olan villanı müğənni 3 il əvvəl 7 milyon dollara almışdı. 

LENT

23 Yanvar 2018

Digər xəbərlər >>>