Sizin link burada

“Qarabağ”a keçdiyinə görə ona gülürdülər” – Polşa millisinin sabiq futbolçusu

“Futbolla həvəskar səviyyədə maraqlananlar elə bilir ki, Avstraliya çempionatı qocaların yeridi. Kimsə Polşa liqasının daha güclü olduğunu iddia eləsə, bunu gülümsəməklə qarşılayaram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstraliyanın “Sidney” klubunun futbolçusu Adrian Mejeyevski deyib.

 

Vətənində müsahibə verən Polşa millisinin sabiq futbolçusu yığma məşqçilərinin diqqətindən kənar düşməsinə aydınlıq gətirib. O bildirib ki, ölkə xaricində çıxış edən əksər futbolçuların bu aqibətlə üzləşməsi Polşada formalaşan yanlış düşüncə tərzi ilə bağlıdı. Yarımmüdafiəçi “Qarabağ”da çıxış edən həmyerlisi Yakub Jezniçakı da misal çəkməyi lazım bilib: “Yatsek Qoralski Polşada çempionatın ulduzlarından idi. Bolqarıstan klubuna keçdi və Avropa Liqasında oynamaq şansı qazandı. Həmin vaxt ona güldülər və dedilər ki, Bolqarıstan 3-cü səviyyədi, Polşadan getmək lazım deyil. Yakub Jezniçakla da eyni cür oldu. “Qarabağ”a keçdiyinə görə ona da gülürdülər. Amma Yakub harda oynadı? Çempionlar Liqasının qrup mərhələsində! Polşa çempionatının nəhəng olduğunu, ətrafdakıların futbol oynaya bilmədiyini düşünmək absurddu. Hətta deyərdim ki, yersizdi. Polşada belə qəbul olunub ki, Rusiya, Türkiyə, Azərbaycanda futbol oynaya bilmirlər. Onlar yalnız “Böyük beşlik” çempionatlarının Polşa ilə müqayisəyə gəldiyini fikirləşir. Bu isə faciəvi düşüncədi”.

 

Qeyd edək ki, millidə 41 oyuna 3 qol vuran Mejeyevski 2013-cü ildən sonra yığmaya çağırılmır.

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>