Sizin link burada

Müğənni Yeganə: "Özümü o qədər pis hiss edirəm ki..." - VİDEO

Müğənni Yeganə Mürsəlovanın "5/5" verilişində dediyi sözlərə görə peşman olub. Lent.az-ın məlumatına görə, aparıcı Zaur Kamal ifaçının şərəfinə şeir deyərkən "5-6 aydan sonra İstanbuldan qovuldu. Rayona zəng vurdu, 100 manat pul göndərdilər. Avtobusla Bakıya çerez Naxçıvan gəldi" sözlərini işlədib. 

Y.Mürsəlova isə aparıcının sözlərinə bu cür cavab verib: "Ömür boyu təyyarədə gedirəm, özü də biznes-klass. Niyə də biznesdə getməyək? Mən avtobusa yaraşıram? Utanmırsan?"

 

Müğənninin bu sözləri sosial şəbəkələrdə izləyicilərin xoşuna gəlməyib. Y.Mürsəlova isə dediyi sözlərdən peşman olaraq sosial şəbəkədə video paylaşıb: “Verilişdən sonra özümü o qədər pis hiss edirəm ki... İnsanlar çox artıq-əskik sözlər yazırlar. Mən Zaurun haqqımda dediyi fikri yalanladım ki, avtobusa minməmişəm. Hər zaman təyyarə ilə gəlmişəm. Avtobusa, metroya minənlərə hörmətim var. Öz qohumlarım da bu nəqliyyat vasitələrindən istifadə edirlər. Bütün günü xalqın içindəyəm. Lazım gəlsə, taksiyə də, metroya da minərəm".

 

 

LENT

21 Yanvar 2018
20 Yanvar 2018
19 Yanvar 2018

Digər xəbərlər >>>