Sizin link burada

Finalda münaqişə: Azarkeşlər xəsarət aldı

Küveytdə keçirilən İran körfəzinin Millətlər kuboku xoşagəlməz hadisə ilə yekunlaşıb. Apasport.az saytının məlumatına görə, Oman və BƏƏ arasında final matçından sonra azarkeşlər arasında münaqişə yaşanıb.

 

Qələbəni bayram edən omanlı azarkeşlər tribunaların birindəki şüşə arakəsmələri sındırıblar. Nəticədə 20-30 azarkeş xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb. İlkin müayinədən sonra ciddi xəsarət alanların olmadığı aşkarlanıb.

 

Qeyd edək ki, 0:0 hesabı ilə başa çatan matçın penaltilər seriyasında qələbə qazanan (5:4) Oman tarixində 2-ci dəfə kubokun sahibi olub.

LENT

18 Yanvar 2018
17 Yanvar 2018

Digər xəbərlər >>>