Sizin link burada

ƏCAİB MƏHKƏMƏ - Müğənnilər "əxlaqsızlığa təhrik"ə görə həbs olundular

Misirdə daha bir qadın müğənni "əxlaqsızlığa təhrik etmə" ittihamı ilə həbs edilib.

 

Lent.az BBC-yə istinadən bildirir ki, bir vəkilin şikayətindən sonra müğənni Laila Amer çərşənbə axşamı həbs olunub.

 

O, "Bos Omak" adlı ("Anana bax") video klipdə çəkilib, bu klipdə Amer rəqs edir və "təklifedici jestlər" göstərir, mühafizəkar ərəb icması buna narazılıq edib.

 

Amer bu ittihamları rədd edir. Laila Amer məhkəmədə deyib ki, o sözlərinin müəllifi deyil, yalnız mahnını oxuyub

 

O, noyabrdan bəri Misirdə məhkəmə ilə üzləşən üçüncü müğənnidir.

 

 

Başqa bir müğənni 25 yaşlı Shaimaa Ahmed Misir polisi tərəfindən "əxlaqsızlığa təhrik" maddəsi ilə şübhəli qismində noyabr ayında polis tərəfindən saxlanılıb. O, çəkildiyi videoklipdə bananı "əxlaqsız tərzdə yediyi" üçün 2 illik həbs olunub.

 

Digər müğənni Sherine Abdel Wahab da saxlanıb. O, konsertlərindən birində, tamaşaçıların Nil haqında mahnı oxumaq xahişinə müğənni belə cavab vermişdi: "Nildən su içmək yoluxucu xəstəliyə səbəb ola bilər".

 

Bundan sonra, müğənni "təxribatçı məlumat yaymaqda" ittiham olunub.

 

Amerdən şikayət edən vəkil Ahmed Mahran bildirib ki, bu video Misir üçün "böyük riskdir" və "cəmiyyətə hücumdur".

 

Misir Musiqiçilər Sindikatının rəhbəri Hany Shaker videonu "Misir xalqına təhqir" adlandırıb və deyib ki, Amer-i üzvlükdən çıxarıblar.

 

Məhkəmə qarşısına çıxarılan müğənni deyib ki, mahnının sözlərində qəbulolunmaz ifadələr yoxdur: "Misirlilər bundan da artığını deyirlər", o bildirib.

 

LENT

20 İyul 2018

Digər xəbərlər >>>