Sizin link burada

Bütün reyslərə qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq - AZAL

2018-ci il yanvarın 15-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.
 
 
 
AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq.
 
 
 
Məlumata görə, AZAL sərnişinlərin hava limanında qeydiyyat üçün öncədən gəlməyini xahiş edir: “Həmçinin, sərnişinlər saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqaj olduqda isə onu "Baggage Dropoff" ekspress-masasında təhvil verə bilərlər”.

LENT

20 İyul 2018

Digər xəbərlər >>>