Sizin link burada

Faiq Ağayev: "İlk dəfə 4 yaşımda öpüşmüşəm"

“İlk dəfə 4 yaşımda öpüşmüşəm”. Lent.az-ın məlumatına görə, bu sözləri xalq artisti Faiq Ağayev “Klip+” verilişinə açıqlamasında deyib. Xalq artisti aparıcının “Kliplərində intim səhnələr olan Faiq Ağayev həyatının intimindən danışmağı sevir? İlk öpüşünüzü xatırlayırsınız?” sualına belə cavab verib:

 

“Hər zaman ancaq sənətdən danışıram. Ev, ailə, şəxsi həyat mənə aiddir. Bu barədə Azərbaycanda danışmaq düzgün deyil. Evdəkilər deyir ki, 4 yaşımda qohumlardan bir qızı öpüb, evlənməyə söz vermişdim. Məndən əvvəl onu aldılar, indi gözəl ailəsi var. 

Qıza görə burnumu sındırıblar. Elə əməliyyat etdirməyimin də səbəbi o idi. Sinif yoldaşımın qohumları Kanadadan ona qolbağ göndərmişdi. Qızla eyni partada otururduq, səmimi idik. Qolbağını mənim qoluma taxmışdı. Bir gün dərsdən sonra o qızı istəyən başqa sinif yoldaşımla dava etdik. O mənim burnumu, mən onun çənəsini sındırdım”.

LENT

20 İyul 2018

Digər xəbərlər >>>