Sizin link burada

Azadlığa çıxan müğənni xeyli kökəldi - FOTO

Ötən il azadlığa çıxan Türkiyənin tanınmış müğənnisi Deniz Seki yeni görkəmi ilə insanları təəccübləndirib. Lent.az-ın Gecce.com.tr-yə istinadən verdiyi məlumata görə, ötən gün məkanların birində paparazzilərin hədəfinə tuş gələn ifaçının çox kökəldiyi diqqətdən yayınmayıb. D.Seki isə görnüşü ilə bağlı ona ünvanlanan suala belə cavab verib:

 

“Bu sadəcə həyatın mənə verdiyi köklükdür, keçəcək. Mənə bir az vaxt verin. Qısa zamanda əsl formada olan Deniz Seki görəcəksiniz”.
 

Müxbirlərdən birinin yenidən artıq çəkiləri ilə bağlı ifaçıya sual ünvanlanması isə onu hövsələdən çıxarıb:

 

“İndi bu paltonu başına keçirərəm. Çəki filan vecimə deyil. Mən 10 kvadratmetrlik yerdə 1092 gün yaşadım. İdman zallarında gəzmədim ki…”.

LENT

23 Yanvar 2018

Digər xəbərlər >>>