Sizin link burada

“Qəbələ”dən Mahir Mədətovla bağlı SƏRT BƏYANAT

“Qəbələ” futbol klubu bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi “Qarabağ”ın futbolçusu Mahir Mədətovu qınayıb.
 
 
 
Buna səbəb 31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində “Qış nağılı” verilişində millinin də şərəfini qoruyan hücumçunun səsləndirdiyi fikirlər olub.
 
 
 
Bəyanatda bildirilir ki, Mədətov verilişin formatına uyğun olaraq maraqlı əhvalat nəql edərkən mövzu kimi “Qəbələ”nin baş məşqçisi və futbolçular arasında olan dialoqu seçib və özünəməxsus şəkildə təqdim edib: “Qəbələ” İdman Klubu Mədətovun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır. Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yalnış fikir formalaşdırmağa xidmət edir".
 
 
Bütün bunları nəzərə alan klub  “Qarabağ” rəhbərliyinin futbolçu haqqında ölçü götürməsini, Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” və Roman Qriqorçukdan üzr istəməsini gözləyir.

LENT

18 Yanvar 2018
17 Yanvar 2018

Digər xəbərlər >>>