Əməkdar artist Xumar Qədimova Yeni ildə ilk nəğməsini təqdim edib. Lent.az-ın məlumatına görə, müğənninin səsləndirdiyi mahnı “Sərxoş kimiyəm” adlanır. İfaçının budəfəki seçimi türk folklor musiqisindən olub.
X.Qədimova ilk dəfə mahnını ARB TV-də yayımlanan aparıcı Rövşanə Ağasəfqızının verilişində səsləndirib.
Qədimova uzun illərdir sevilərək dinlənilən “Sərxoş kimiyəm”ə yeni nəfəs verib. Müğənni mahnını tamamilə fərqli tərzdə və özünəməxsus şəkildə ifa edib.