Sizin link burada

“Qarabağ”ın yeni çalışdırıcısı uşaq məşqçisi imiş

Fəaliyyətini Azərbaycanda davam etdirəcək bolqarıstanlı fiziki hazırlıq üzrə məşqçi Mario Mitov zəngin təcrübəsi ilə öyünə bilməz. Apasport.az saytının məlumatına görə, Bolqarıstanın MOİK klubunun akademiyasından ayrılaraq “Qarabağ”la anlaşan 24 yaşlı çalışdırıcı Blaqoevqradda anadan olub.
 
 
 
Ağdam təmsilçisində həmşəhəri Çudomir Çakarovu əvəzləyən Mitovun futbolçu karyerası qısa çəkib. Yeniyetmə yaşlarında “Liteks” və Blaqoevqrad klubu “Pirin”də oynadıqdan sonra ikincilərin əsas komandasına yüksəlsə də, bundan artığını edə bilməyib. Nəticədə fəaliyyətini məşqçi kimi davam etdirməyə qərar verib.
 
 
 
Təhsil almağı lazım bilən Mitov Amerikaya yollanıb. O, bu ölkədə məşqçilik məktəbi olan “Excus”u bitirib. Ölkəsinə qayıtdıqdan sonra ilk olaraq UGİM-də (Uşaq-Gənclər İdman Məktəbi) işləməyə başlayıb. Ardınca MOİK ilə anlaşan gənc mütəxəssis son 1 ildə Sofiya klubunun akademiyasında uşaqlara öz biliklərini aşılayıb. Burdakı fəaliyyəti ərzində verdiyi açıqlamada azyaşlılarla işləməyi sevdiyini bildirib: “MOİK-də daha çox 15 və 17 yaşlı uşaqlarla çalışıram. Amerikada təhsil alanda çox şey öyrənmişəm. İşə hamıdan əvvəl gəlib, saat 18:00-da evə gedirəm. Bildiklərimi uşaqlara çatdırmağa çalışıram”.
 
 
 
MOİK rəhbərliyi Mitovun fəaliyyətindən razı qalıb. Sofiyalılar onun Azərbaycanda işləməyə razılıq verməsini də normal qarşılayıblar və Marioya akademiyadakı fəaliyyətinə görə təşəkkür ediblər.
 
 
 
Mario Mitov yaxın keçmişin futbolçusu, hazırda MOİK-in U-17 komandasını çalışdıran Dobromir Mitovun oğludu.

LENT

21 İyun 2018

Digər xəbərlər >>>