Sizin link burada

“Torino” Mixayloviçi qovdu

İtaliyanın "Torino" klubu baş məşqçi Sinişa Mixayloviçi istefaya göndərib.

 

APA-nın xəbərinə görə,  bu barədə “Football Italia” xəbər verib.

 

48 yaşlı serbiyalı mütəxəssis 2016-cı ildən kluba rəhbərlik edirdi.

 

Ötən axşam “Torino” İtaliya Kubokunun ¼ final matçında “Yuventus”a 0:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Son 17 rəsmi görüşdə “Torino” cəmi 3 qələbə qazanaraq İtaliya çempionatında 10-cu pillədə qərarlaşıb.

 

S.Mixayloviç müxtəlif illərdə "Sampdoriya", "Fiorentina", "Kataniya", “Bolonya” klublarına və Serbiya yığmasına rəhbərlik edib.

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>