Sizin link burada

Aİ ilə danışıqların növbəti mərhələsinin vaxtı açıqlandı

Azərbaycanla Avropa İttifaqı  arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi fevralın birinci yarısı Brüsseldə keçiriləcək.

 

Bu barədə  APA-ya Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Danilidis deyib. O bildirib ki, hazırda müzakirələrin dəqiq tarixi müəyyənləşdirilir.

 

Aİ nümayəndəliyinin rəsmisi həmçinin qeyd edib ki,  Avropa Komissiyası Nəqliyyat və mobillik üzrə baş direktorluğunun rəhbəri Henrik Hololey Aİ ilə Azərbaycan arasında aviasiya sazişi üzrə danışıqlar aparmaq üçün yanvarın 27-30-da Bakıya gələcək.

LENT

21 Yanvar 2018
20 Yanvar 2018

Digər xəbərlər >>>