Sizin link burada

TÜRKSAV 2017-ci ilin laureatlarını açıqladı

Türk Dünyası Yazıçılar və Sənətçilər Fondu (TÜRKSAV) 2017-cı il üçün türk dünyasına xidmət mükafatlarının sahiblərini müəyyən edib.

 

AZƏRTAC xəbər verir ki, TÜRSAV-ın sədri Yehya Akengin Ankarada keçirdiyi mətbuat konfransında laureatların adlarını açıqlayıb. Bildirilib ki, Azərbaycandan yazıçı-publisist Sona Vəliyeva, Türkiyədən Türk Tarix Qurumunun sədri Refik Turan və tarixi tədqiqatçı Ahmet Taşağıl, Qazaxıstandan şair Rafael Niyyazbek, Almaniyadan ictimai fəal Musa Serdar Çelebi, Holandiyadan QHT təmsilçisi Mahmet Tütünçü və başqalarının türk dünyası qarşısında böyük yaradıcılıq işləri və digər xidmətləri münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib. Bundan başqa, TRT musiqi kanalı və “Ayla” bədii filmi də mükafata layiq görülüblər.

 

Mükafatlar laureatlara bu ilin mayında TÜRSAV ilə Tokat Şairlər və Yazıçılar Dərnəyinin birgə təşkilatçılığı, Tokat vilayətinin Niksar rayon kaymakamlığı və bələdiyyəsinin ev sahibliyi ilə keçiriləcək mərasimdə təqdim olunacaq.

LENT

22 Yanvar 2018
21 Yanvar 2018
20 Yanvar 2018

Digər xəbərlər >>>