Sizin link burada

Qarabağ nizamlanması İtaliyanın ATƏT-də sədrliyinin prioriteti olacaq

2018-ci ilin yanvarın 1-dən etibarən İtaliya ATƏT-ə sədrlik edəcək. 

 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, İtaliya XİN-i ölkənin ATƏT-də sədrliyinin əsas prioritetlərini açıqlayıb - Ukraynanın şərqindəki vəziyyətin Minsk razılaşmaları və danışıqların Normand formatına uyğun şəkildə nizamlanmasına tam siyasi dəstək veriləcək, Avropanın digər problemli nöqtələri olan Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı mövzularına xüsusi diqqət  yetiriləcək. 

 

Qeyd edək ki, ATƏT-ə sədrliyin İtaliyaya həvalə edilməsinə dair qərar hələ 2016-cı ilin iyulunda 57 üzv ölkə tərəfindən yekdilliklə qəbul edilmişdi. İtaliyanın o zamankı XİN rəhbəri Paolo Centiloni İtaliya sədrliyinin əsas vəzifələrinin Ukrayna böhranı və ATƏT məkanında dondurulmuş münaqişələrin həlli, miqrant və qaçqın probleminin nizamlanması olacağını bəyan etmişdi.    

 

İtaliya XİN rəhbəri vəzifəsində P.Centilonini əvəzləyən Ancelino Alfano həmin tezisləri dəfələrlə təkrarlayıb. 

LENT

18 Yanvar 2018
17 Yanvar 2018

Digər xəbərlər >>>