Sizin link burada

Milli Məclisdən dünya azərbaycanlılarına MÜRACİƏT

Milli Məclisin iclasında “Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” sənəd müzakirə olunub.

 

APA-nın məlumatına görə, müraciəti deputat Məlahət İbrahimqızı oxuyub.
 
Dünya azərbaycanlılarına ünvanlanan müraciət 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədardır.

 

“26 il öncə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə milli həmrəylin əsası qoyulmaqla, xarici ölkələrdə diaspor təşkilatalrınn formalaşmasına köməklik götərilməsi dövlət siyasətinin tərkib hissəsinə çevrilib”, - deyə sənəddə bildirilir. Müraciətdə dünya azərbaycanlıları sıx birləşməyə çağrılır, bildirilir ki, sürətlə dəyişən dünyada xalqımızın gücünü bir yerə toplamaq əzmindən güc alan Həmrəylik Günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyub.
 

Müraciət deputatlar tərəfindən yekdilliklə qəbul olunub. 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>