Sizin link burada

“Pəncərə” klubu bu dəfə “Qadının yaşı olmur” söylədi

Dekabrın 19-da Four Seasons otelində «Pəncərə» klubunun növbəti tədbiri baş tutub.

 

Lent.az-ın məlumatına görə, gecədə çıxış edən yazıçı-publisist Günel Anarqızı rəhbəri olduğu «Pəncərə» klubunun məramından söz açıb. Bildirib ki, Bakı ziyalılarının sevimli görüş yerinə çevrilən «Pəncərə» klubu may ayından fəaliyyət göstərir. G.Anarqızı klubun bu dəfəki mövzusunun xanımlara həsr olunduğunu söyləyərək Azərbaycanın ictimai-mədəni həyatında mühüm rol oynayan qadınlardan bəhs edib.

 

Azərbaycanın Əməkdar artisti Nərgiz Cəlilovanın aparıcılığı ilə həyata keçən «Qadının yaşı olmur» adlı gecədə qadın iştirakçılar sağlamlıqla, asudə vaxtın səmərəli keçməsi ilə bağlı diskussiyalara qatılıblar. Access Bank və “Qranation” qadınlar klubu ilə birgə keçirilən tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artisti Fəxrəddin Manafov, tibb elmləri doktoru Səadət Mahmudova, tibb üzrə fəlsəfə doktoru Sevda Əlizadə, Access Bankın marketinq departamentinin rəhbəri Günay Cəlilova, “Qranation” qadınlar klubunun rəhbəri Nərmin Mahmud, “Sağlam ailə” tibb mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nigar Rüstəmli, “WE” treninq şirkətinin nümayəndəsi Cəmilə Qafarova, “DünyaGöz” klinikasının sığorta və qeyri-sığorta şöbəsinin müdiri Ofeliya Aydabəyova, “STI travel” şirkətinin nümayəndəsi Nəzrin Hüseynova və b. çıxış edərək qadınların cəmiyyətdəki rolundan danışıblar. 

 

Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti Faiq Ağayev, Əməkdar artistlər Mehriban Zəki, Lalə Məmmədova və müğənni Çingiz Mustafayev çıxış ediblər.             

LENT

23 Yanvar 2018

Digər xəbərlər >>>