Sizin link burada

ABŞ Qüdslə bağlı qətnaməni blokladı

ABŞ veto hüququndan istifadə edərək BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnaməni bloklayıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Misir tərəfindən hazırlanan sənəddə Qüdsün İsrailin paytaxtı kimi tanınmasının təəssüf doğurduğu bildirilib.

 

Qətnamə layihəsinə əsasən, Qüdsün statusuna dair hər hansı qərar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir.

 

Qeyd olunur ki, ABŞ-ın adı qətnamədə hallanmayıb.  

LENT

20 İyun 2018

Digər xəbərlər >>>