Sizin link burada

Qurban Qurbanov Konte ilə görüşdü - FOTOLAR

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Çelsi” klubunun bazasına yollanıb. Apasport.az saytının məlumatına görə, çalışdırıcı “Çelsi”nin “Southempton”la oyunu izləyib.

 

 Dünən isə klubun akademiyasında olan Qurban Qurbanov “Çelsi”nin müxtəlif yaş qrupları üzrə komandalarının oyunlarını izləyib və akademiyanın strukturuyla tanış olub.

 

 Bu gün “Çelsi”nin baş məşqçisi Antonio Konteylə görüşən təcrübəli mütəxəssis həmkarıyla fikir mübadiləsi aparıb və komandanın məşqində iştirak edib.

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>