Sizin link burada

ABŞ-da qatar relsdən çıxdı - 6 ölü, 77 yaralı - YENİLƏNİB-2

ABŞ-ın Vaşinqton ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə “Associated Press” agentliyi xəbər verib.

 

Bundan əvvəl 3 nəfərin öldüyü, 77 nəfərin yaralandığı bildirilirdi.

 

***

 

ABŞ-ın Vaşinqton ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 77 nəfər xəstəxanalara yerləşdirilib, onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.  

 

Qəzanin Leykvud-Olimpiya şəhərləri arasında baş verdiyi məlum olub. Qatarda 78 sərnişin və 5 ekipajn üzvü olub.  

 

Qəza zamanı vaqonlardan biri körpüdən avtomobil yoluna aşıb. Bir neçə avtomobilə zərər dəysə də, sürücülər arasında ölən və yaralanan olmayıb.

 

 

***

 

ABŞ-ın Vaşinqton ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində 77 nəfər xəsarət alıb.

 

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə tibbi mənbələrdə bildirilib.

 

İnsident nəticəsində ölənlərin olduğu bildirilsə də, onların sayı barədə hələ ki,  məlumat yoxdur.

 

 

***

 

ABŞ-ın Vaşinqton ştatında sürətli sərnişin qatarı relsdən çıxıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qatarın Sietl - Portlend marşrutu ilə hərəkət etdiyi bildirilir.

 

İlkin məlumata əsasən, qəza zamanı vaqonlardan biri körpüdən avtomobil yoluna aşıb. İnsident nəticəsində yaralananların olduğu bildirilsə də, onların sayı barədə hələ ki,  məlumat yoxdur.

 

LENT

16 Yanvar 2018

Digər xəbərlər >>>