Sizin link burada

İŞİD lideri ilə bağlı xəbər yalan çıxdı

ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya İŞİD terror təşkilatının başçısı Əbu Bəkr əl-Bağdadinin ələ keçirilməsi xəbərini təkzib edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə koalisiya nümayəndəsi bildirib.

 

“Təəssüf ki, bu xəbərlər həqiqətə uyğun deyil”, deyə nümayəndə qeyd edib. Onun sözlərinə görə, koalisiya Əbu Bəkr əl-Bağdadinin harada olmasından xəbərsizdir.

 

Qeyd edək ki, bundan əvvəl Türkiyənin “Yeni Şafak” qəzeti əl-Bağdadinin ABŞ hərbçiləri tərəfindən ələ keçirildiyini və Suriyanın şimalındakı hərbi bazada saxlanıldığı barədə məlumat yayıb.

LENT

16 Yanvar 2018

Digər xəbərlər >>>