Sizin link burada

Meşədə çürümüş kişi meyiti tapıldı - QUSARDA

Qusar rayonu ərazisində meşədə çürümüş kişi meyiti tapılıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Mucuq kəndi ərazisində meşə massivində meyiti aşkarlanan şəxsin təxminən 50-55 yaşlarında kişi olduğu ehtimal edilir.

 

Onun bir neçə ay öncə öldüyü təxmin olunur.

 

Meyiti tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən işlər davam etdirilir.

 

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar aparılır. 

LENT

19 Yanvar 2018

Digər xəbərlər >>>