Sizin link burada

Bacısının evindən qızıl və pul oğurladı

 

Şirvanda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 14-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Şirvan şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar həmin ünvana gələn Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıblar. Məlum olub ki, mənzildən 800 manat pul və  3240 manat dəyərində qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhələr ev sahibəsinin bacısının üzərində cəmlənib.

 

Görülmüş təxirəsalınmaz tədbirlərlə Aytəkin Əmirova Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 

LENT

20 İyun 2018

Digər xəbərlər >>>