Sizin link burada

Azərbaycanda inanılmaz quldurluq: sürücünün əl-ayağını bağlayıb meşəyə atdılar

Azərbaycanda taksi sürücüsünü qaçıran şəxslər tutulublar. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2 nəfər naməlum şəxs Bakı Beynəlxalq Avtovağzalında Gəncə sakini Mahir Məmmədovun sürdüyü “Mercedes”ə əyləşərək əvvəlcə Biləcəriyə, daha sonra isə Gəncəyə gedəcəklərini bildiriblər. Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu, gözlərini və ayaqlarını bağlayıblar. Sürücünün pullarını da əlindən alan naməlum şəxslər M.Məmmədovu İsmayıllı rayonunun Bizlan kəndində meşəliyə ataraq qaçıblar. Bir müddət sonra M.Məmmədovun “Mercedes”i Ağsunun Nüydü kəndində aşkarlanıb.

 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etmiş Ülvi Xəlilov tutulub. Ümid Əliyev isə müəyyən edilib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

LENT

16 Yanvar 2018

Digər xəbərlər >>>