Sizin link burada

Barda çalışan sevgilisini öldürmək istəyənə 11 İL HƏBS

 

 

Özündən 23 yaş kiçik olan sevgilisini öldürməyə cəhddə təqsirləndirilən 1966-cı il təvəllüdlü Cəbrayıl Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib: "Allaha, Qurana and verirəm ki, mənim qətl törətmək niyyətim olmayıb. Bunların hamısı şərdir, böhtandır".

 

 

Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Cəbrayıl Mustafayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Qeyd edək ki, hadisə bu il Səbail rayonunda baş verib. Şəhər sakini Cəbrayıl Mustafayev əvvəllər qeyri-rəsmi münasibətdə yaşadığı Raziyyə Verdiyevanı öldürmək niyyəti ilə  bıçaqla zərbələr vurub. Lakin hadisə yerində olan şəxslərin səyi nəticəsində 28 yaşlı qadın xəstəxanaya çatdırılaraq xilas edilib.

 

 

Bildirilir ki, Raziyyə ilə Cəbrayılın qeyri rəsmi münasibətlərindən azyaşlı övladları var.

 

Məlumata görə, Raziyyə övladını uzun müddət Cəbrayıl Mustafayeva göstərmirmiş. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb və bu hadisə baş verib.

 

 

Zərərçəkmiş qadın Bakıda fəaliyyət göstərən barların birində işləyib.

 

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 29.120 (öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

LENT

20 İyun 2018

Digər xəbərlər >>>