Sizin link burada

Bakıda avtobusla qadını vurub qaçan sürücü tutuldu

Bakıda yol-nəqliyyat hadisəsi törətmiş avtobus sürücüsü tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-də Mehriban Ələkbərovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “İsuzu” markalı xətt avtobusunun sürücüsü - Bakı şəhər sakini Aqşin Kərimov saxlanılıb.

 

Araşdırma aparılır.

LENT

21 Yanvar 2018
20 Yanvar 2018

Digər xəbərlər >>>