Sizin link burada

Qiyas İbrahimovun həbs müddəti artırıldı, atasına da cəza verildi

 

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 10 il azadlıqdan məhrum edilən Qiyas İbrahimov və atası Həsən İbrahimovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, Yasamal rayon Məhkəməsində  hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, Həsən İbrahimov aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib. Qiyasın 10 illik cəzası isə daha 3 ay artırılıb.

 

Qeyd edək ki,  Qiyas İbrahimov haqqında 10 illik hökmdən şikayətə baxan və onu qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin hakimləri Vüqar Məmmədov, Əmir Bayramov və Əflatun Qasımova hörmətsizlikdə suçlanır. Ata və oğul İbrahimovlara CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham verilib.

LENT

17 İyul 2018

Digər xəbərlər >>>