Sizin link burada

Bakıda yol faciəsi: 3 qadın və bir körpə maşının altında qaldılar

İstirahət günlərində Bakıda baş vermiş yol qəzalarında 4 nəfər ölüb. Lent.az xəbər verir ki, şənbə günü Bakıxanov qəsəbəsində "Mazda" markalı avtomobil 3 yaşlı Münəvvər Həsənovanı vurub öldürüb. Xəzər rayonu İsazadə küçəsində isə "Mercedes"in vurduğu 42 yaşlı qadın həyatını itirib.

 

Digər iki ölüm hadisəsi paytaxtın Xətai rayonunda qeydə alınıb. Nobel prospektində "VAZ" və "Hyundai" markalı iki minik avtomobili toqquşub. Yoldan çıxan avtomobillərin biri səkidəki 49 yaşlı qadını vuraraq öldürüb. Bundan başqa bir neçə gün əvvəl Xətai rayonu ərazisində - "Asiman" şadlıq sarayının qarşısında avtomobilin vurduğu 48 yaşlı Kəmalə Səfərova dekabrln 16-da xəstəxanada vəfat edib.

 

Hər bir faktla bağlı araşdırma aparılır.

LENT

21 İyun 2018

Digər xəbərlər >>>