Sizin link burada

Aygün Kazımovanın qızı arıqladı - VİDEO

 

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova arıqlayıb. Lent.az-ın məlumatına görə, İ.Kazımova bu barədə “Atv maqazin onlarla” verilişində deyib: “Bir ara çox kökəlmişdim, ancaq indi toparlanıram. İncəbel qız olmalıyam. Mən də, anam da həmişə pəhrizdəyik. Azərbaycan və italyan mətbəxi üçün ürəyim gedir. Amma hər ikisində də xəmir xörəkləri üstünlük təşkil edir. Hamısına qadağa qoymuşam özümə”.

 

İlqarə bildirib ki, “Sənsizəm” adlı yeni mahnı oxuyub: “Axır ki, mən də mahnımı tapdım. Mahnını Muxtar yazıb. Ürəklə oxumuşam. Hiss edəcəklər ki, İlqarənin daxili dünyası necə dəyişib. Artıq 27 yaşım var, böyümüşəm. Səsim anamın illər öncə səhnəyə ilk addımlarını atdığı vaxtlardakı səsinə oxşayır. Çox adam istəyir, anam kimi oxusun, amma alınmır. Təkcə qızında alınır. İçimdə musiqini dəlicəsinə sevən başqa İlqarə var”. 

LENT

20 İyun 2018

Digər xəbərlər >>>