Sizin link burada

Tolik Rəhimi biabır etdi, Zülfiyyənin də sirrini açdı - VİDEO

Prodüser Tolik ( Tarix Əliyev ) növbəti dəfə qalmaqallı açıqlamalar verib. Lent.az-ın məlumatına görə, “Atv maqazin onlarla” verilişinə müsahibə verən prodüser bir çox şou nümayəndəsinə ismarış göndərib.

 

Tolik ilk olaraq İradə İbrahimovanın Türkiyədəki fəaliyyətindən söz açıb: “Siz bilirsiz də İradə Türkiyə şou-biznesinə qatılmaq istəyib və orada da 200 min dollar pulu batıb. Bunu mənə onun özü danışıb. İradə ərə gedəndən sonra Bakıdakı evini satıb, Tarkanın keçmiş prodüseri ilə Türkiyədə işlər görmək istəyib. Onunla 3 ildi küsülü idik, “İnstagram”da bloka atmışdım. Çünki bacısı Nigarın toyuna gedəndə, qapıdan qayıtmışdım. Və orda ona yazdım ki, mən qapıda gözlədilən insan deyiləm. İradə paylaşdığı statusda yazır ki, Nigar Camalı Avropada tanıyırlar. Nigar tələbatlı müğənnilər sırasında deyil. Təəssüf ki, gündəmdə qalmaq üçün Nigara heç 11 minlik ayaqqabısı da  kömək etmədi”.

 

 

Prodüser küsülü olan Aygün Kazımova, Brillinat Dadaşova, Zülfiyyə Xanabayeva barədə də danışıb: “Zülfiyyə xanım mənə bir söz deyib, onu bu gün burda deyəcəm. Bir dəfə Aygün əsəbi olur və Zülfiyyənin prodüseri Nigarı yığır və onun üstünə qışqırır. Nigar daha sonra bu hadisəni Zülfiyəyə danışır. Zülfiyyə də deyir ki, bəs niyə cavabını vermədin? Cavab belə olur ki, bəs o Aygün Kazımovadır axı. Aygün, Brilliant, Zülfiyyənin bir-birlərinə antipatiyaları olsa da, özlüklərində bir-birlərini çox istəyirlər”.

 

 

Tolik sonda müğənni Rəhim Rəhimli barədə qalmaqallı açıqlama verib: “Son vaxtlar Rəhimdə yekəbaşlıq görürəm. Heç kimi bəyənmir, özünü Elton Conun yerində görür. Rəhimi toylarda görürəm. 20 nəfər adamla gəlir, dostu, dostunun dostu, əmisi oğlu, əmisi oğlunun əmisi oğlu... Təzə işçiləri də gəlib qulağıma deyir ki, evimizə Rəhim müəllim  gəlir. Nə qədər müğənni saya bilərəm ki, Rəhimin sənətindən yüksək sənətləri var. Rəhimlə Niyam Salami bilirsiz niyə danışmır? Niyam qəzaya düşəndə zəng edib Rəhimə deyir ki, qəzaya düşmüşəm, o da deyir ki, qulağımda sırğa var, gələ bilmərəm. Amma sonra dostları ilə qəza olan yerə gəlir və hər şeyi kənardan seyr edir, oradan gedir. Buna görə də Niyam ondan inciyib”. 

LENT

21 İyul 2018

Digər xəbərlər >>>