Sizin link burada

Sürücülər, DİQQƏT: Bakının bu prospekti təmirə dayanır

Dekabrın 18-dən etibarən aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq Babək prospektində avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq. “Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, yenidənqurma işləri prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir. 

 

“Azəravtoyol” sürücülərdən xahiş edir ki, təmir işləri aparılan ərazilərdə diqqətli olsunlar və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

LENT

17 İyul 2018

Digər xəbərlər >>>