Sizin link burada

Əjdər Olun oxucularla görüşü keçirilib

 

“Azərkitab-Kitab Təbliğatı Mərkəzi” nin təşəbbüsü ilə  şair, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü  Əjdər Olun (Cəbiyev) oxucularla görüşü keçirildi.
 
 
Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan  “Azərkitab-Kitab Təbliğatı Mərkəzi”nin layihə rəhbəri Sabir Həsənov bildirib ki, belə tədbirlərin keçirilməsi gənclərimizin maariflənməsi, onların kitaba, mütaliyəyə marağının artırılması məqsədi daşıyır. Daha sonra Əjdər Ol (Cəbiyev)-in yazıçı kimi nailiyyətlərini, onun əsərlərinin müasir dövrümüzün tələbləri səviyyəsində olduğu barədə fikirlərini oxuculara çatdırıb.
 
 
Əjdər Ol (Cəbiyev) öz yaradıcılığı haqqında çıxış edəndən sonra tədbir iştirakçılarının onun fəaliyyəti ilə bağlı suallarını cavablandırıb. Sonda gənclərə həyatda qarşılarına qoyduqları məqsədə çatmaq üçün mütaliənin rolunu xüsusi qeyd edib. 
 
 
Ölkədə kitab təbliğatını inkişaf etdirmək, kitaba marağı artırmağı qarşısına məqsəd qoyan “Azərkitab-Kitab Təbliğatı Mərkəzi” dən bildirildi ki belə layihələr davamlı olacaq. 

LENT

18 Yanvar 2018

Digər xəbərlər >>>