Sizin link burada

Polislər arvadlarını dəyişdirdikləri üçün işdən çıxarıldı

ABŞ-da 2 polis işçisi qeyri-adi səbəbdən işdən çıxarılıb. Lent.az Belçikanın 7sur7.be saytına istinadən xəbər verir ki, 2014-cü il Luiziana ştatında xidmət aparan 2 polis serjantının xanımlarını bir-birinə güzəştə getməsi ilə bağlı məsələ gündəmə çıxıb. Polis əməkdaşları bir-biri ilə söhbət edərək həyat yoldaşlarını dəyişdirməklə bağlı razılığa gəliblər və bundan sonra adi həyatlarına davam ediblər. Bir müddət sonra ştatın polis departamentinin rəhbərliyi məsələdən xəbər tutub və onlara öz rəsmi həyat yoldaşları ilə normal ailə həyatını bərpa etmək üçün vaxt verilib. Lakin polis əməkdaşları tələbi yerinə yetirməyib. Bir-birinin həyat yoldaşı ilə qeyri-rəsmi izdivacın yolverilməz olduğunu və bu əməlin polisə yaraşmadığını əsas gətirən depertament rəhbərliyi hər iki polisi işdən qovub.

 

Polis əməkdaşları işdən çıxarılma ilə bağlı apelyasiya şikayəti versələr də, məhkəmə qərarı qüvvədə saxlayıb. Bildirilib ki, qanun keşikçiləri adi insanlardan fərqli öhdəliklərə malikdir və onların belə bir hərəkətə yol verməsi qəbuledilməzdir.

 

Bu günlərdə ABŞ-ın Ali Məhkəməsi də polislərin şikayətinə baxıb və onların işə bərpa olunma tələbi əsassız hesab edilib.

LENT

21 İyul 2018

Digər xəbərlər >>>