Sizin link burada

Bakıda qapını sındırıb müdirin otağına girdilər

Bakıda mağazadan oğurluq edilib. Lent.az xəbər verir ki, naməlum şəxslər Telnov küçəsində yerləşən və 1955-ci il təvəllüdlü Hümmətov Şahin Alışan oğluna məxsus tikinti materialları mağazasından oğurluq edib. Qapının kilidinin sındırılması yolu ilə içəri daxil olan oğrular müdirin otağındakı kassadakı pulları və xeyli tikinti materiallarını oğurlayıblar.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

16 İyul 2018

Digər xəbərlər >>>