Sizin link burada

Bakıda hamamda qadını döydülər – ŞİKAYƏT

Bakıda qadına qarşı xuliqanlıq hadisəsi baş  verib. Lent.az xəbər verir ki, polisin 102 xidmətinə telefonla müraciət edən 1983-cü il təvəllüdlü Elvira Əkbərova (ad şərtidir) bildirib ki, gecə saat 01:40 radələrində Babək prospektində yerləşən hamam kompleksində Arzu adlı şəxs onu xuliqanlıq zəminində döyüb.

 

Şikayətçi qadın həmin şəxsi əvvəlcədən tanıdığını əlavə edib. O, dava-dalaşın hansı səbbədən baş verdiyini deməsə də, polis bölməsinə gedərək yazılı formada şikayətini təsdiq edib.

 

Araşdırma aparılır.

LENT

21 İyul 2018

Digər xəbərlər >>>