Sizin link burada

Azərbaycanda 17 yeni silah yaradılır

Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində Müdafiə Sənayesi Nazirliyinin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri həyata keçirilir.

 

APA-nın məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər CamalovAzərbaycan qəzetində işıq üzü görən "Azərbaycanın müdafiə sənayesi ən modern və mükəmməl inkişaf mərhələsindədir" məqaləsində yazıb.

 

Y. Camalov bildirib ki, nazirliyin Elmi-Tədqiqat İnstitutunda 2017-ci ildə 31 mövzu, o cümlədən müdafiə təyinatlı məmulatların yaradılması işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Əsas mövzular sırasında 57 mm-lik (S-5 tipli) və 80 mm-lik (S-8 tipli) idarə olunmayan aviasiya raketlərinin, 25, 50, 100 və 250 kq-lıq qəlpəli-fuqaslı aviabombaların, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusu və onun qumbarası var: "Milli Aerokosmik Agentliyi tərəfindən isə (MAKA) 2017-ci ildə müxtəlif sahələri əhatə edən 34 mövzu üzrə, o cümlədən 17 müdafiə təyinatlı məmulatın yaradılması işləri aparılır. İlk növbədə əsas diqqət müxtəlif növ döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan “Tufan” milli zirehli nəqliyyat vasitəsinin, 12,7 mm-lik pulemyotla təchiz olunmuş məsafədən idarə olunan döyüş modulunun, 40 mm-lik QP-25 tipli lüləaltı qumbaraatanın və s. məmulatların hazırlanmasına yönəldilib. Müdafiə Sənayesi Nazirliyinin respublikanın elm ocaqlarından Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti və digərləri ilə birgə əməkdaşlığına əsasən bir sıra tədqiqat işləri aparılır".

LENT

16 Yanvar 2018

Digər xəbərlər >>>